Xəstəxanada robotlar gecə növbəsində xidmət göstərəcəklər

Yaponiyanın Nagoya Universitetinin xəstəxanasında fevraldan etibarən gecə növbəsində artıq robotlar xidmət göstərəcək.

Azadinform xəbər verir ki, “Toyota” şirkətinin xəstəxana üçün xüsusi hazırladığı robotlar xəstələrə dərman verəcək, tibb bacılarına ləvazimatların daşınmasında və çatdırılmasında kömək edəcək. Xəstəxananın mərtəbələri arasında da hərəkət edəcək robotların axşam saat 5-dən səhər saat 8-dək xidmət göstərməsi planlaşdırılır.

Hər biri 90 litrlik dolaba sahib olan robotlar insanlarla qarşılaşdıqları zaman nəzakətlə davranacaq. Bununla da tibbi heyətin xəstəxanadakı iş yükü azalacaq və bir sıra problemlər aradan qalxacaq.

Xəstəxanada robotlardan ilk mərhələdə bir il müddətinə istifadə ediləcək. Əgər bu layihə uğurlu olarsa “Toyota” şirkəti ilə daha uzunmüddətli müqavilə imzalanacaq.

6.01.2018 17:54 / Baxılıb: 210 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo