Hababam sınfının Mahmud hocası vəfat etdi

Ləman Hüseynzadə / AZADİNFORM. Türk kinosunun əfsanəvi adlarından olan Münir Özkul bu gün İstanbuldakı evində 93 yaşında vəfat edib.

Azadinform xəbər verir ki, “Hababam sınfı”nda canlandırdığı Mahmud hoca obrazı ilə sevilən aktyor uzun müddətdir alzaymer xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, 15 avqust 1925-ci ildə dünyaya gələn Münir Özkul 10 serialda, 20 teatr səhnəsində və 220 filmdə rol alıb.

5.01.2018 15:31 / Baxılıb: 487 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo