Siqareti tərgitmək istəyənlər üçün xüsusi içki

Siqareti tərgidən insanların ən böyük problemlərindən biri səhər oyandıqlarında hiss etdikləri nikotin ehtiyacıdır.

Bədən və beyin bu zəhərin varlığına o qədər alışıb ki, siqareti tərgitdikdə orqanizmdə bir sıra narahatlıqlar ortaya çıxa bilir. Amma istədikdən sonra hər şeyi bacarmaq mümkündür. Sizə təqdim edəcəyimiz bu qarışımla siqareti tərgitmək daha asan olacaq. Səhər yuxudan duranda bu qarışımdan içsəniz, gün boyu siqaret ehtiyacınızı ödəmiş olacaqsınız.

Siqareti tərgitməyə kömək edən C vitaminli qarışım:


Lazım olanlar:


1 ədəd limon


1 ədəd portağal


1 ədəd kök


1 çay qaşığı rəndələnmiş zəncəfil 


15 üzüm giləsi


1 stəkan jenşen tozu


1 litr su 


Hazırlanması: 


Zəncəfil və limonun kəskin dadı lazımsız təsirlər üçün mükəmməl bir ikilidir. Qarışımı hazırlayarkən ilk olaraq portağal və limonun suyunu sıxın. Limonun qabığını atmayın, bir kənarda saxlayın. Kökü yuyub, doğradıqdan sonra əvvəlcədən hazırladığınız limon və portağal suyu ilə qarışdırın. Bu qarışıma jenşen tozunu, rəndələnmiş zəncəfili və üzümləri əlavə edin. Son olaraq limon qabığıyla bərabər suyunu töküb qarışdırın. (ailem.az)

5.01.2018 15:12 / Baxılıb: 798 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
25.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo