Anqlikan kilsəsinin yaranmasına səbəb olan sevgi

1503-cü ildə İspaniya kralı Ferdinand bacısı Ketrini 11 yaşında olan İngiltərə şahzadəsi ilə evləndirmək üçün Papadan icazə istəyir. Buna səbəb isə Ketrininin şahzadə Henrinin ölmüş qardaşı ilə evli olması olub. Papa əvəzində xristian dininin qardaşının yoldaşı ilə evlənməyə icazə vermədiyini bildirir.

Papa qarşılığında yetəri qədər hədiyyələr alaraq bağışlamağa razılıq verir. Nəticədə, gələcəyin kralı Henri  özündən yaşca bir az böyük olan Ketrin ilə evlənir.

İlk başlarda hər şey yaxşı gedir. Müttəfiq olan dövlətləri isə azyaşlıların evliliyindən daha çox maddi qazanclar maraqlandırır.

VIII Henrinin elmə və sənətə çox böyük marağı olub. Bunun nəticəsidir ki, gələcəkdə fikirləri ilə razılaşmadığı üçün edam edəcəyi, “Ütopya” kitabının yazarı və tam bir humanist olan şair Tomas Morla fəlsəfə ilə bağlı söhbətlər etməyi çox sevib. 

Kralın Ketrin ilə olan evliliyindən 6 uşağı olsa da yalnız bir qızı sağ qalıb.

Henri heç bir varisinin olmaması və 6 doğumdan sonra yaşlandığını düşündüyü Ketrin ilə ayrılır. Sonra Anna Boleyn ilə evlənir.

Katolik kilsəsi o zamanlar bu boşanmaya icazə vermir və VIII Henrini aforoz (mənsub olduğu dindən qovulma) edir. Kral evliliyini leqallaşdırmaq üçün öz kilsəsini yaratmaq qərarına gəlir. Nəticədə Papadan asılılığı olmayan Anqlikan kilsəsi (İngiltərə kilsəsi) meydana gəlir.

Amma Anqlikan kilsəsinin ömrü Annanın ömründən daha uzun olur. Anna 19 may 1536-cı ildə edam edilir. Kral bundan sonra daha bir neçə evliliyə imza atır. Kral bununla kifayətlənmir və Annadan sonra evləndiyi xanımı da edam edir. VIII Henri 4-cü dəfə evləndiyi xanımı isə sonda bacısı elan edərək ondan ayrılır. Beləliklə, Katolik Kilsəsinin aforozdan öncə “İnancın qoruyucusu” ləqəbini verdiyi kralın bütün bu etdikləri və kilsəni möhkəm təməlləri olmayan səbəbə görə ayırması tarixinin tragikomik səhifələrində öz yerini tapıb.

İndiki zamanda  isə Anqlikan kilsəsinin müstəqil təşkilatları Şotlandiya, Uels, İrlandiya, ABŞ, Kanada, Avstraliya və s. ölkələrdə fəaliyyət göstərir.


Arzu Ağayeva

4.01.2018 16:49 / Baxılıb: 825 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo