2017-ci ilin ən yaxşı 50 mahnısı açıqlanıb

"Rolling Stone" jurnalı ötən 2017-ci ilin 50 ən yaxşı mahsından ibarət siyahı tərtib edib.

Azadinform xəbər verir ki, jurnalın versiyasına görə, ötən ilin ən yaxşı bəstəsi britaniyalı Harri Staylsın "Sign of the Times" bəstəsi hesab edilib.

Siyahıda ikinci yeri yeni zelandiyalı müğənni Lordun "Homemade Dynamite" mahnısı tutub. Üçlüyü repçi Kenrik Lamarın "Humble" bəstəsi qapayıb.

Beşliyə həmçinin Kadri Binin "Bodak Yellow" bəstəsi və "U2" qrupunun "Lights of Home" mahnısı düşüb.

Eyni zamanda Top-10-luğa daxil olub: ispandilli Luis Fonsi və Deddi Yankinin "Despacito"su, "Bad and Boujee" ("Migos" qrupu və Lil Uzi Vert), "Feel It Still" ("Portugal. The Man" rok qrupu), "Lust for Life" (Lana Del Rey və "The Weeknd").

1.01.2018 14:37 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo