Müğənnilər 25 ildən sonra barışdılar

Ləman Hüseynzadə / AZADİNFORM. Müğənni Yıldız Tilbe 25 ildir ki, küsülü olduğu həmkarı Sezen Aksu ilə barışıb. 

Azadinform xəbər verir ki, Yıldız sənətçinin evinə şokolad və gül apararaq barışıq addımı atıb. 

Qeyd edək ki, 25 il əvvəl Yıldız Sezen Aksu ilə eşq yaşayan müğənni Uzay Heparı ilə bir gecəlik sevgi münasibəti qurmuş, bu isə onların arasında davaya səbəb olmuşdu. Daha sonra 1993-cü ildə dizayner Zeynəb Tunuslu ilə ailə quran Uzay bir il sonra motosiklet qəzası keçirərək dünyasını dəyişib. Sənətçinin bu nikahdan Kanat adlı bir oğlu var.

29.12.2017 12:06 / Baxılıb: 166 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo