Röya Quba ASAN həyat Kompleksində oxuyacaq Yeni il şənliyi

Adəm Abbaslı/AZADİNFORM. 29 dekabr 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyi, Quba Rayon İcra hakimiyyəti, “ASAN xidmət”in təşkilatçılığı ilə Quba “ASAN həyat” Kompleksində yeni il konserti baş tutacaq.

ASAN-dan Azadinform-a verilən məlumata görə, “ASANla röyalarınız gerçəkləşir” şüarı ilə baş tutan konsert proqramında Əməkdar artist Röya səhnədə bir-birindən möhtəşəm mahnılarını ifa edəcək.

Qeyd edək ki, konsert proqramı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, “ASAN xidmət”in 5, ASAN Radionun isə 2 yaşına həsr olunur.  

İnformasiya dəstəyi: ASAN Radio, Trend, Day.az, Milli.az, Azernews, 1news.az, Azvision.az 

Giriş sərbəstdir.

22.12.2017 11:03 / Baxılıb: 517 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo