Polad Bülbüloğlu: "Gəncə həmişə mədəniyyət beşiyi olub"

"Gəncə həmişə mədəniyyət beşiyi olub".

Bunu Azərbaycanın Rusiyadakı səfiri, MDB Dövlətlərarası Hümanitar Əməkdaşlıq Fondunun (DHƏF) İdarə Heyətinin sədri Polad Bülbüloğlu bu gün Gəncədə keçirilən "Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017" layihəsinin bağlanış mərasimində jurnalistlərə deyib.

"Bu gün çox əhəmiyyətli gündür, Gəncə MDB ölkələrinin mədəniyyət paytaxtına layıq bir şəhərdir. Gəncə həmişə mədəniyyətin beşiyi olub. Tarixi şəhər olan Gəncənin bu layiqli yerinə görə fondun sədri kimi mən də çox şadam. Bu gün yekun diplomu veriləcək. Bütün gəncəliləri təbrik edirəm". (report)

21.12.2017 20:09 / Baxılıb: 237 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo