Şəhriyar İmanov Abu-Dabidə konsert verib - FOTO

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanın gənc istedadlı tar ifaçısı Şəhriyar İmanov məşhur ud ifaçısı Naseer Shammanın dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə Beynəlxalq ərəb dili gününə həsr olunan ədəbiyyat və musiqi festivalı çərçivəsində konsert verib.

Azadinform xəbər verir ki, “Sözlərin melodiyası” adlı konsertdə Şəhriyar İmanov və Şükür Əliyev (zərb aləti) Abu-Dabi Mədəniyyət və Turizm şöbəsinin nəzdində Bait Al Oud mərkəzinin peşəkar musiqiçiləri ilə eyni səhnəni bölüşüb. Konsertdə ifaçımızı ud, qanun, zərb aləti və violonçel alətləri üzrə Bait Al Oud mərkəzinin müəllimləri müşayiət edib. Yerli musiqiçilərlə birlikdə ifa olunan və Şəhriyar İmanovun bəstələdiyi “Pulse” və “Ağlayan şəlalə” adlı əsərlər xüsusi marağa səbəb olub.

Tar alətinin BƏƏ-də və ərəb dünyasında tanıdılması baxımından əhəmiyyət kəsb edən bu konserti ölkənin yüksək rütbəli şəxsləri və yaxın ölkələrdən gəlmiş ərəb musiqisi üzrə peşəkarlar izləyib.

Eyni məzmunlu konsert bu gün daha geniş proqramla Al-Ain şəhərinin Qasr Al Muvaiji adlı tarixi məkanında açıq havada baş tutacaq.

20.12.2017 10:00 / Baxılıb: 214 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
25.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo