Almaniyada güclü qara görə 170-ə yaxın uçuş ləğv olunub

Samir Soltanov/AZADİNFORM. Bu səhər Almaniyanın Frankfurt-na-Mayn aeroportunda qar səbəbindən 170-ə yaxın uçuş ləğv olunub. Həmçinin gələn təyyarələrin bəziləri başqa hava limanlarına yönəldilib. 

Azadinform xəbər verir ki, sərnişinlərdən öz reyslərinin statusunu yoxlamaq xahiş olunur. Aeroportun saytındakı elektron tabloda reyslərin ləğvinin həm daxili (Berlin, Hamburq, Münxen), həm də beynəlxalq (Vyana, Budapeşt, Praqa və sair) istiqamətlərdə uçuşlara aid olduğu görünür. 

Aeroportun personalı hələlik iki uçuş zolağını qardan təmizləyib. Hava şəraitinin günorta saatlarında normallaşması gözlənilir.

18.12.2017 12:35 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo