Komitə sədri din xadimlərinə əmək haqqı veriləcəyi vaxtı açıqladı

“İraqda qalan Azərbaycan vətəndaşlarının taleyi dövlətimizin müvafiq qurumlarının tam diqqətindədir”. 

Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Rəhbərlik etdiyi komitənin də bu məsələni diqqətdə saxladığını qeyd edən M. Qurbanlı bildirib ki, onlarla bağlı hazırda tədbirlər görülür: “Orada qalan digər azərbaycanlı uşaqların da yaxın günlərdə Azərbaycana gətirilməsi üçün işlər görülür. Proses gedir”. 
Azərbaycanda gələn ilin fevral ayından Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsi ilə məscidlərdə çalışan din xadimləri rəsmən əmək haqqı alacaqlarını vurğulayan Komitə sədri qeyd edib ki, hazırda bu əmək haqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur: “Ən əsası odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, naimlər, mütəvəlilər və bu kimi vəzifə daşıyan şəxslər idarənin öz təqdimatı ilə əmək haqqı alacaqlar. Bunun ictimai-siyasi əhəmiyyəti var, bu, lazımdır”. 
Komitə sədri bildirib ki, bu yaxınlarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, himayəçilər şurası və eyni zamanda heyəti açıqlanacaq: “Yanvar ayının sonuna bu proses tamamlanacaq. Bundan sonra fondun tam şəkildə fəaliyyəti üçün hüquqi əsas yaranacaq və fonda maliyyə vəsaiti ayrılacaq. Hesab edirəm ki, ən geci din xadimlərinə fevral ayından əmək haqlarının verilməsinə başlanıla bilər”.

18.12.2017 12:00 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo