Livanda səfirliyin əməkdaşını təcavüz edib öldürdülər

Arzu Ağayeva/AZADİNFORM. Böyük Britaniya səfirliyinin əməkdaşı Rebekka Dayksın cəsədi polislər tərəfindən paytaxt Beyrutda avtomobil yolunun kənarında aşkar edilib. 

Azadinform Rusiya mətbuatına istinadən xəbər verir ki, səfirliyin əməkdaşı təcavüzə məruz qaldıqdan sonra boğularaq qətlə yetirilib.

Xatırladaq ki, oxşar hadisə 19 dekabr 2016-cı ildə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun da başına gəlmişdi. Buna səbəb isə Rusiyanın Suriyada apardığı əməliyyatlar olmuşdu. Rusiya səfiri rəsm sərgisindəki çıxışı zamanı türk polis alayının əməkdaşı Mərd Altındaş tərəfindən qətlə yetirilmişdi.

18.12.2017 11:51 / Baxılıb: 135 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo