Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək

Samir Soltanov/AZADİNFORM. 2018-ci il fevralın 17-18-də Bakıda ilk Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək. 

Azadinform xəbər verir ki, forumun təşkilatçısı PRoloq İnkişaf Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az) online jurnalıdır. Forum “Beynəlxalq PR Assosiasiyası (IPRA) tərəfindən dəstəklənən tədbir” xüsusi statusuna layiq görülüb və “endorsed by IPRA” loqosu ilə gerçəkləşəcək. 

Müxtəlif yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli mütəxəssislərlə yanaşı, Amerika, İngiltərə, Rusiya, Türkiyə, Yaponiya, Almaniya, Bolqarıstan, Qazaxıstan, Misir, Şimali Kipr və başqa  ölkələrdən  çıxışçıların iştirakı gözlənilir.  
Forumun təşkilat komitəsindən verilən məlumata görə, məqsəd Azərbaycanda özünün inkişaf mərhələsini yaşayan ictimaiyyətlə əlaqələr sahəsində mövcud vəziyyəti təhlil etmək, atılan müsbət addımları təqdir etməklə yanaşı, çatışmazlıqları aşkara çıxarıb onların aradan qaldırılması yollarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, beynəlxalq əməkdaşlıqlara vəsilə olmaqdır.

Foruma  bu sahədə təhsil verən universitetlərinin müəllimləri, tədqiqatçılar, alimlər, elm və sənət adamları da dəvət olunublar. 
Forumun ölkəmizdə bu sahədə çalışan insanlara töhfəsi təcrübə mübadiləsi, dünyanın aparıcı PR mütəxəssisləri ilə ünsiyyət, yeni işgüzar münasibətlərin formalaşdırılması, PR sahəsindəki ən son tendensiyalarla tanışlıq imkanları olacaq.

 

Yaxın günlərdə PRoloq jurnalının internet səhifəsində forumun proqramı elan olunacaq və tədbirdə iştirak üçün qeydiyyat başlanacaq.

18.12.2017 11:40 / Baxılıb: 275 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo