Kayahanın arvadı nişanlandı

Ləman Hüseynzadə / AZADİNFORM. 2015-ci ildə vəfat etmiş müğənni Kayahanın 22 illik həyat yoldaşı İpek Açar sevgilisi Alper Kömürcü ilə birlikdə konsert təşkil edib.

Azadinform xəbər verir ki, Alper konsertdə İpeyi kamanla müşayiət edib. Cütlüyün barmağındakı üzüklər isə konsert boyu diqqətdən qaçmayıb. Nişanlandıqlarını təsdiqləyən müğənni “Xoşbəxtik. Hamıya xoş diləklərinə görə təşəkkür edirəm. Belə şeylər qismət işidir. Allah nə qismət etsə, o da olacaq”, - deyə bildirib.

Qeyd edək ki, Kayahanın mahnılarını səsləndirən İpeyi dinləməyə gələnlər arasında müğənninin ilk evliliyindən olan qızı Beste Açar da olub. Kayahanın ölümündən sonra miras üstündə dava-dalaş edən İpeklə Bəstə mart ayında barışıblar.

18.12.2017 11:35 / Baxılıb: 465 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.01.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo