Misir Parlamentindən ABŞ-a qarşı izolyasiya çağırışı

Samir Soltanov/AZADİNFORM. Misir Parlamenti Ərəb İşləri üzrə Komissiyası  ABŞ prezidenti Donald Trampın Qüdsü “İsrailin paytaxtı” olaraq tanıması qərarına sərt reaksiya verib. 

Azadinform xəbər verir ki, Komissiya ABŞ rəhbərliyinə qarşı “beynəlxalq, siyasi və diplomatik izolyasiya” tətbiq olunması üçün çağırış edib: “Ərəb və İslam ölkələrindəki etiraz aksiyaları davam etməlidir. Hədəfimiz yalnız Fələstin ilə İsrail arasındakı müzakirələr deyil, Fələstin məsələsinin həlli variantının tapılmasıdır. ABŞ rəhbərliyinə beynəlxalq, siyasi və diplomatik izolyasiya tətbiq edilməlidir”. 
Bildirilib ki, Fələstin xalqına daha çox təzyiq edən və Qüdsün yəhudiləşdirilməsi üçün İsrail hökumətinə yaşıl işıq yandıran ABŞ-İsrail əlaqələri qarşısında beynəlxalq hüquq prinsiplərinə əməl edilməlidir.

18.12.2017 11:30 / Baxılıb: 376 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
    15.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo