Roma Papası: Şeytan canlı varlıqdır

Arzu Ağayeva/AZADİNFORM. Katolik kilsəsinin ən böyük ruhani lideri, Roma Papası Fransisk İtalyanın Katolik Kilsəsinə məxsus TV 2000 adlı tele-kanalında “şeytan” anlayışı ilə bağlı fikirlərini bildirib: “Şeytan Milandakı hava çəni deyil. O hava ilə yayılmır. Şeytan həqiqi canlı varlıqdır”.

Telekanal müxbirinin “yəni şeytanın adı və soyadı olduğunu deyirsiz?”, - sualına Papa Fransisk cavabında “bəli, əminəm”, - deyərək hətta Vatikanlı ruhaniləri də təəccübləndirib. 

Qeyd edək ki, Papa nitqinin davamında “gənclər şeytanın mif və ya xəyal olduğuna inandırılıblar. Amma şeytan var və onunla mübarizə aparmalıyıq”, - deyə vurğulayıb. Bildirilir ki, Papa Fransiskin bu fikirlərinə səbəb olan amilin Yezuitlər Ordenin üzvü olması göstərilir. 

Əlavə olaraq məlumat verək ki, Yezuitlər Ordeni 1530-cu illərdə İqnati de Loyola tərəfindən təsis edilib. Sözü gedən təriqətin üzvləri yoxsulluq içində yaşamağa, evlənməməyə və Qüdsə getməyə and içirdilər. Ordenin vacib şərt isə kilsəyə itaət etmək olub. Katolik Kilsəsi, 1742-ci ildə Ordenin Çindəki missionerlik fəaliyyətlərini yanlış anlaması səbəbindən qadağan etmişdi. Bu qadağa, yalnız ötən əsrin 30-cu illərində aradan götürülmüşdü. Adolf Hitlerin yaxın dostu SS (mühafizə dəstəsi) reyxsfüreri Henrix Himmler Gestaponun mühafizə dəstələrini sözü gedən təriqətin sisteminə uyğun tərbiyələndirməyi belə düşünüb. Hətta Hitlerin Himmlerə “İqnati Loyola deyə müraciət etdiyi təxmin edilir. Həyatının son illərində Vladimir Lenin də təriqətə olan heyranlığını bu sözlərlə qeyd etmişdi: “Əgər mənim Yezuitlər Ordenindəki kimi başladığı mübarizəyə inanan adamlarım olsaydı, bu gün dünyada hakim ideologiya kommunizm olardı”.

 

18.12.2017 11:24 / Baxılıb: 745 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.10.2018
22.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo