ADU-nun nümayəndə heyəti Konfutsi institutlarının Ümumdünya Konfransında Foto

Samir Soltanov/AZADİNFORM. Çinin Sian şəhərində Konfutsi institutlarının XII Ümumdünya Konfransı keçirilib. 

Azadinform xəbər verir ki, 140 ölkədən iki mindən çox iştirakçının bir araya gəldiyi konfransda Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən Sərraf Hüseynov, ADU-nun Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jihua və ADU-nun Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov iştirak ediblər.  

Açılış nitqi ilə çıxış edən Çin Xalq Respublikası Dövlət Şurasının sədr müavini, Konfutsi İnstitutları Baş İdarəsinin (Xanban) sədri Liu Yandong və Çinin təhsil naziri, Xanbanın sədr müavini Cheng Baoshen Konfutsi institutlarının inkişafı üçün prioritet istiqamətlər, Böyük İpək Yolunun bərpası üçün innovativ proqramların həyata keçirilməsi də daxil olmaqla, xalqlar arasında dostluq əlaqələrinin gücləndirilməsi, Konfutsi institutlarının ictimai imicinin yaxşılaşdırılması barədə danışıblar.  
Konfutsi İnstitutunun direktorları Li Jihua və Rafiq Abbasov Konfutsi institutlarının Direktorlar Forumunun bölmələrində Çin dilinin tədrisində innovasiya məsələləri ictimai təşkilatlar və Konfutsi institutları arasında tərəfdaşlıq qurulması, Konfutsi institutlarının köməyi ilə sinologiyanın  inkişafı, orta məktəblərdə Çin dilinin tədrisinin yaxşılaşdırılması, test imtahanlarının təşkili, yaradıcı mədəni proqramların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.  Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasovun sözlərinə görə, konfransın mühüm hadisələrindən biri də Çin dili və mədəniyyətinin öyrənilməsi ilə bağlı tədris vəsaitlərinin sərgisi və Çin dilində metodoloji təlimatların işlənməsində yeni tendensiyaları əks etdirən saytların təqdim edilməsi olub. Ümumdünya Konfransı bir daha Konfutsi institutlarının təcrübəsini ümumiləşdirməyə, digər ölkələrdən olan həmkarlar ilə əməkdaşlığın inkişaf perspektivlərini və yollarını müəyyənləşdirməyə imkan verib.

18.12.2017 10:55 / Baxılıb: 105 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.04.2018
21.04.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo