Əsəd Suriya xalqının düşmənidir, mənim düşmənim isə İŞİD-dir

Samir Soltanov/AZADİNFORM. “Suriyadakı müharibə fevralın sonuna qədər qələbə ilə nəticələnəcək, Bəşər Əsəd öz vəzifəsində qalacaq və onunla münasibətlər davam etdiriləcək”. 

Azadinform “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib. Prezidentin sözlərinə görə, Suriyada Əsədin hakimiyyəti Rusiya və İranın qoruması altında olduğu üçün davam edəcək: “Bəşər Əsəd Suriya xalqının düşmənidir, mənim düşmənim isə İŞİD-dir. Əsəd törətdiyi cinayətlər səbəbi ilə öz xalqı və beynəlxalq hüquq qarşısında hesab verəcək”. 

18.12.2017 10:42 / Baxılıb: 320 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo