GUAM PA-nın 10-cu sessiyası keçirilir

Gürcüstanın paytaxtı Tbilisi şəhərində GUAM Parlament Assambleyasının (PA) 10-cu illik sessiyası keçirilir.

Məlumata görə, sessiyada regional təhlükəsizlik, transsərhəd cinayətlərə qarşı birgə səylər, bərpa olunan enerji mənbələrinə keçid mövzularında panel müzakirələr keçiriləcək.

Tədbirdə Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze, Gürcüstan parlament sədrinin birinci müavini Tamar Çuqoşvili, Benilüks Parlament Assambleyasının prezidenti Andre Postema, Baltik Assambleyasının rəhbəri Aadu Must, GUAM-ın baş katibi Altay Əfəndiyev və digər rəsmi şəxslər iştirak edir.

Azərbaycanı sessiyada Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və millət vəkili Əli Məsimli təmsil edir. 

GUAM PA-nın 10-cu sessiyasının sonunda yekun sənəd qəbul olunacaq. (apa)

18.12.2017 10:28 / Baxılıb: 140 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo