Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən azad edildi

Qırğızıstanın yeni prezidenti Sooronbay Xenbekov sabiq prezident Almazbek Atambayev tərəfindən 2 ay əvvəl vəzifəyə gətirilən Təhlükəsizlik Şurasının rəhbərini vəzifəsindən azad edib.

Məlumata görə, S. Xenbekov Almazbek Kurmanaliyevi vəzifə səlahiyyətlərini yerinə yetirə bilmədiyi səbəbindən azad edib.

A. Kurmanaliyev oktyabr ayının 26-da Jenişa Razakovanın əvəzinə Qırğızıstanın Təhlükəsizlik Şurasının rəhbəri təyin edilmişdi.

Xatırladaq ki, Sooronbay Xenbekov Qırğızıstanın 5-ci prezidentidir. O, rəsmi olaraq vəzifə səlahiyyətlərinə noyabrın 24-dən başlayıb. (publika.az)

18.12.2017 10:10 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo