Böyük Britaniyada tuneldə qəza olub, 6 nəfər ölüb

Bu gün Böyük Britaniyanın Birminqem şəhərində ağır qəza olub.

Azadinform-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, bir nəfərin durumu ağırdır.

Qəza yerli vaxtla saat 1.00 radələrində tuneldə 3 avtomobilin toqquşması nəticəsində baş verib. Arxadan gələn 3 avtomobil də qəzadan yayına bilməyib və bu avtomobillərdə olan 3 nəfər yüngül xəsarət alıb.

Yol müvəqqəti bağlanıb. Faktla bağlı araşdırma aparılır. 

17.12.2017 15:11 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
    18.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo