Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

AZADİNFORM. Bu gün Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər.

Azadinform-un məlumatına görə, nazirliyin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyev və oftalmoloq alim Zərifə Əliyevanın xatirəsini yad etdi, məzarları önünə əklil, gül dəstələri qoyublar.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları ziyarət edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Sonra “Radioquraşdırma” zavodunun Akt zalında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə təntənəli tədbirin rəsmi hissəsinə başlanılıb. Tədbiri açan müdafiə sənayesi naziri Yavər Camalov nazirliyin əməkdaşlarını peşə bayramı günü münasibəti ilə təbrik edib. Y. Camalov bildirib ki, bayram ərəfəsində prezident İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair sərəncamlar imzalayıb.  Nazir bu münasibətlə Prezident İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirib.

Nazirlik tərəfindən bir neçə qabaqcıl işçiyə “Qabaqcıl müdafiə sənayesi işçisi” nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr də təqdim edilib. Eyni zamanda nazirliyin bir neçə əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.

Tədbirin sonunda nazirliyin kollektivi adından Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

17.12.2017 15:29 / Baxılıb: 282 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
    15.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo