Azərbaycanda 2 yeni hərbi zavodları istifadəyə veriləcək

Yaxın zamanlarda Azərbaycanda 2 zavodun - artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur.

Azadinform xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun "Azərbaycan" qəzetində çıxan məqaləsində qeyd olunub.

"Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir", - deyə nazir qeyd edib.

17.12.2017 12:17 / Baxılıb: 372 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo