Beynəlxalq cüdo turnirində ilk günün qalibləri məlum olub

Şəmkir Olimpiya İdman Kompleksində keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş beynəlxalq cüdo turnirində ilk günün qalibləri məlum olub.

Azadinform Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, qaliblərə ACF, Şəmkir şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları, medallar təqdim olunub.

Qeyd edək ki, turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı Gürcüstanın Tbilisi, Kutaisi şəhərlərinin və Türkiyə, Latviyanın yeniyetmə cüdoçuları mübarizə aparırlar. 32 komandadan 347 cüdoçunun qatıldığı çempionata sabah yekun vurulacaq.

16.12.2017 21:56 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo