Polşada bazar günü ticarəti qadağan edilir

Polşa Senatı bazar günü ticarətini mərhələli şəkildə qadağan edən qanun layihəsinə səs verib.

Azadinform-un məlumatına görə, bu barədə "DW" xəbər verib.

İstisna olaraq bazar günlərində ancaq kiçik mağazalar işləyəcək. Qeyd edilir ki, Polşa bazar günlərində alış-verişdən tədricən imtina edəcək.

"KAN" agentliyi isə bundan əvvəl qanun layihəsinin Polşa parlamentinin aşağı palatası – Seymi tərəfindən təsdiqləndiyini bildirib.

Prosedur üç mərhələdən ibarətdir - 2018-ci ilin 1 martından ticarət mərkəzlərinə və supermarketlərə ancaq ayın birinci və sonuncu bazar günlərində işləməyə icazə veriləcək. 2019-cu ilin yanvarından isə yalnız ayın sonuncu bazar günü işləməyə icazə veriləcək. Sonuncu mərhələdə - 2010-ci ildə bazar günü ticarəti tamamilə qadağan olunacaq.

16.12.2017 21:34 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo