Türkiyədə 39 terrorçu zərərsizləşdirilib

Türkiyədə son 1 həftə keçirilən antiterror əməliyyatlarında PKK-nın 39 terrorçusu zərərsizləşdirilib.

Azadinform "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Hərbi Qüvvələrin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, antiterror əməliyyatları Diyarbəkir, Mardin, Tunceli, Siirt, Şırnak, Bitlis, Batman vilayətlərində keçirilib. Terrorçuların Zap, Hakurk, Avaşin-Basyan əraziləriində, İraqın şimalındakı mövqelərinə zərbələr endirilib.

Əməliyyatların gedişində terrorçuların 63 sığınacağı, həmçinin 17 əldəqayırma partlayıcı qurğuları məhv edilib. Təhlükəsizlik qüvvələri xeyli sayda silah-sursat müsadirə ediblər.

Əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, daha 1 hərbçi yaralanıb.

16.12.2017 21:20 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2018
    18.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo