Hidayət Heydərov bürünc medal qazanıb

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə "World Masters" yarışına start verilib.

Azərbaycan Cüdo Federasiyasından Azadinform-a verilən məlumata görə, yarışın ilk günü milli komandamız aktivinə bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov mötəbər yarışda bürünc medal qazanıb.

Qeyd edək ki, 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 7 cüdoçu ilə təmsil olunur.

16.12.2017 21:08 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo