""Çelsi" Karlo Ançelottini baş məşqçi postuna qaytarır"

Karlo Ançelotti yenidən İngiltərənin "Çelsi" futbol komandasına rəhbərlik edə bilər.

Azadinform-un "Daily Record"a istinadən verdiyi məlumata görə, artıq klubun sahibi Roman Abramoviç italiyalı mütəxəssislə danışıqlar aparıb.

Tərəflər Ançelottinin 2018-ci ilin fevralında komandaya qayıdışına dair razılığa gəliblər. Hazırkı baş məşqçi Antonio Konte isə mövsümün sonunda istefaya göndəriləcək.

Qeyd edək ki, Karlo Ançelotti sentyabrın 28-də Almaniyanın "Bavariya" komandasının baş məşqçi postundan istefaya göndərilib. O, "Çelsi"də 2009 - 2011-ci illərdə çalışıb. Ançelotti ilk mövsümündə "qızıl dubl" etsə də, növbəti mövsüm nəticə verə bilmədiyi üçün vəzifəsindən ayrılıb.

16.12.2017 20:17 / Baxılıb: 124 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo