Avropanın ən qocaman sakini İspaniyada 116 yaşında vəfat edib

Avropanın ən qocaman qadını Ana Vela 116 yaşının tamam olmasından 1,5 ay sonra Barselonadakı qocalar evinin birində dünyasını dəyişib.

Azadinform xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Dərzi işləmiş Ana Vela 1901-ci ildə İspaniyanın Əndəlus vilayətində anadan olub. Onun heç bir xəstəlikdən əziyyət çəkmədiyi bildirilir. 

İspaniyanın uzun ömürlülük rəmzinə çevrilən A.Velanın qızlarının birinin 90, nəvəsinin isə 65 yaşı var.

16.12.2017 19:27 / Baxılıb: 118 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo