ABŞ-da şəbəkə bitərəfliyi ləğv edilib

ABŞ Federal Rabitə Komissiyası 14 dekabrda ölkə ərazisində qüvvədə olan şəbəkə bitərəfliyi prinsipinin ləğvi haqda qərar qəbul edib. Komissiyanın üç üzvü bu qərarın lehinə, digər iki üzvü isə əleyhinə səs verib.

Azadinform “hitech.newsru.ru” saytına istinadən yazır ki, xatırladaq ki, şəbəkə bitərəfliyi prinsipi istənilən internet trafiki onun xarakteri və mənşəyindən asılı olmayaraq eyni cür işlənməsinə, provayderlərə sayt və xidmətlərə sürətli giriş üçün ödəniş etməyi qadağan edir. Federal Rabitə Komissiyası tərəfindən hazırlanmış layihə bu məhdudiyyətləri ləğv edir və rabitə operatorlarına sürəti azaltmağa, bəzi resurslara girişi bloklamağa və digərlərinin mövqeyini yüksəltməyə imkan verir. Qurumun yeganə tələbi odur ki, şirkətlər çıxışın təqdim edilməsi qaydalarını və şərtlərini dərc etməlidirlər.

16.12.2017 18:12 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo