Google lazer şüasının köməyilə interneti çatdırmağa başlayacaq

“Google” şirkəti və “AP State FiberNet” telekommunikasiya operatoru Hindistanın Andxra-Pradeş ştatında lazer şüaları texnologiyasının köməyi ilə yüksəksürətli internet qoşulmanın çatdırılması üzrə şəbəkə istifadəyə verəcəklər. Bu təşəbbüs hökumətin 2019-cu ilədək 12 milyon ev idarəetməsinin (əsasən kənd təsərrüfatı sakinlərinin) internetə çıxışını təmin etmək istəyi ilə bağlıdır.

Azadinform Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, gələn ilin yanvarından Hindistanda 2 min atmosfer optik rabitə nöqtəsi əlçatan olacaq. “Google”un nümayəndələri bildirib ki, bu layihə əsas giriş nöqtələrində kritik kəsilmələri aradan qaldırmaq üçün nəzərdə tutulub.

Xatırladaq ki, “Google” şirkəti bundan əvvəl “Project Loon” adlı eksperimental layihəni sınaqdan keçirib. Stratosferin alt qatlarında (20 km-dən hündür) yerləşdirilmiş nəhəng hava şarları simsiz internet paylayıb. Bu təşəbbüs planetin ən ucqar nöqtələrində yaşayan insanların internetə çıxışını təmin etmək üçün nəzərdə tutulmuşdu.

16.12.2017 17:54 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo