Azarkeşlər hakimləri döydü, kluba cəza verildi

Argentinanın "Xuventud de Perqamino" klubu azarkeşlərinin oyun vaxtı hakimləri döyməsi üçündən ağır cəzaya məruz qalıb.

Azadinform-un məlumatına görə, klub istənilən yarışda iştirakdan 1 il müddətinə kənarlaşdırılıb və 22 min avro cərimələnib.

Eyni zamanda komandanın 2 məşqçisi 3 il, 2 oyunçu isə 2 il müddətinə diskvalifikasiya olunub.

Qeyd edək ki, "Xuventud de Perqamino"nun "İndependyente Çivilka" ilə görüşü zamanı 3 hakim bir qrup fanatın hücumuna məruz qalıb. Nəticədə onlar xəstəxanalıq olublar. Zərərçəkənlərdən birinin başına 10 tikiş atılıb. 

16.12.2017 17:19 / Baxılıb: 135 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo