Azərbaycanın rabitə sektoru təxminən 6% artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 1 552,9 mln. manatlıq xidmət göstərilib ki, bunun da 72,6%-i əhali tərəfindən istehlak olunub.

Azadinform-un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 50,2%-i və ya 779,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

16.12.2017 16:37 / Baxılıb: 123 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo