2040-cı ildə elektrikli avtomobillərin sayı 300 mln.-a çatacaq

Hazırda dünyada 2 mln. ədəd olan elektrikli avtomobillərin sayı 2040-cı ilə qədər 300 mln.-a çatacaq.

Azadinform "Hürriyət" qəzetinə istinadən bildirir ki, bu açıqlama ilə Beynəlxalq Energetika Agentliyinin (IEA) rəhbəri Fatih Birol Sabançı Universiteti tərəfindən təşkil olunan "Dünya Energetika İcmalı-2017" hesabatının Türkiyədəki təqdimatında çıxış edib.

Bu gün dünyada 1 mlrd. avtomobildən 2 mln. ədədinin, yəni 0,5%-nin elektromobil olduğunu bildirən F.Birol, 2040-cı ildə 2 mlrd. avtomobildən 300 mln. ədədinin, yəni 15%-nin elektrikli mühərriklə olacağını qeyd edib. Birol 300 mln. ədəd elektromobilin belə havadakı karbondioksidin miqdarını azaltmağa 1%-dən az yardım edəcəyini bildirib. Səbəbi isə IEA rəhbəri elektrik enerjisinin əsasən ənənəvi enerjidaşıyıcıları hesabına əldə olunması, alternativ enerji istehsalının zəif inkişafı ilə əlaqələndirir. IEA-nın hesabatına əsasən, elektrikli avtomobillər yalnız şəhər daxilində havanın təmizlənməsinə kömək edəcək.

16.12.2017 18:25 / Baxılıb: 126 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo