Azərbaycana keçməyə cəhd edən narkotik alverçisi tutulub

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli bölgəsi üzrə departamentinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxsi saxlayıblar.

Gürcüstan DİN-in məlumatında bildirilir ki, istintaq nəticəsində saxlanılan 1962-ci il təvəllüdlü şəxsin mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən olunub. Saxlanılan şəxsdən tərkibində heroin və morfin olmaqla 4 bağlama narkotik vasitə müsadirə olunub.

Həmin şəxs Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi ərazisində Gürcüstanı tərk etməyə cəhd edərkən saxlanılıb.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. (apa)

16.12.2017 15:37 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo