FED-in faiz siyasəti neft qiymətlərinə mənfi təsir edəcək

ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa davam etməsi neft qiymətləri üçün təhlükə yaradacaq.

Azadinform "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama dünyanın lider broker şirkətlərindən biri olan B.Britaniyanın "Sucden Financial" tərəfindən verilib.

Məlumatda bildirilir ki, "maliyyə bazarları yaxın zamanlarda FED-in mümkün faiz artımlarının davam etməsini gözləyir. FED-in faiz artımlarının maliyyə bazarları tərəfindən dəyərləndirilməsi nəticəsində dolların məzənnəsinin möhkəmlənməsini ehtimal edirik. Güclü dolların isə neft qiymətlərini ucuzlaşdıracağına inanırıq".

"Sucden Financial"ın analitikləri dolların məzənnəsinin xammal qiymətləri ilə hər zaman tərs korrelyasiyaya sahib olduğunu qeyd edirlər.

16.12.2017 14:45 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo