Külək və günəş elektrik stansiyalarında istehsal kəskin azalıb

Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 2017-cı ilin yanvar-noyabr aylarında 38,3 mln. kVt/saat elektrik enerjisi istehsal edib.

Azadinform-un rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,9% azdır.

Bu ilin ilk 11 ayı ərzində külək stansiyalarında istehsal 29,4% azalaraq 11,3 mln. kVt/saata enib. İstilik elektrik stansiyalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə sabit qalaraq 18 009,8 mln. kVt/saat, su elektrik stansiyalarında isə 9,6% azalaraq 1 623,8 mln. kVt/saat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə ölkədə cəmi elektrik enerjisi istehsalı 20 557,9 mln. kVt/saat olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır.

Məlumat üçün bildirək ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda ilk 11 ay ərzində 1 563,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,6%-lik azalma müşahidə olunub.

16.12.2017 14:17 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo