Paytaxtda daha bir yolda hərəkət qismən məhdudlaşdırılacaq

Samir Soltanov/AZADİNFORM. Bakıda daha bir yol bağlanacaq. 

Bu barədə Azadinform-a "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat veib. Qurum rəsmisi bildirib ki, aparılacaq rənglənmə işləri ilə əlaqədar olaraq bu gün saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən S.S.Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq. 

Bu üzdən sürücülərdən sözügedən yolda qeyd olunmuş saatlarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

16.12.2017 12:22 / Baxılıb: 113 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo