Sabah paytaxtda hava çiskinli olacaq

Samir Soltanov/AZADİNFORM. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, gün ərzində arabir çiskinli olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Azadinform-a verilən məlumatına görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. 
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacağı gözlənilir. Şərq küləyi  əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

16.12.2017 12:03 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo