17 saylı marşrut "Baku Bus" avtobusları ilə fəaliyyətə başlayıb

Samir Soltanov/AZADİNFORM. Bu gündən Bakıda fəaliyyət göstərən 17 saylı xətt marşrutu "Baku Bus" avtobusları ilə fəaliyyətə başlayıb. 

Bu barədə Azadinform-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, artıq həmin avtobuslar 17 saylı marşrut üzrə xəttə çıxıb. 
Xatırladaq ki, bir neçə gün öncə 17 saylı marşrutun daşıyıcısı dəyişdirilərək adıçəkilən marşrut "Baku Bus"MMC-yə verilmişdi. 17 nömrəli marşrut xəttinin istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilib.

16.12.2017 11:55 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo