TAP marşrutundakı torpaq sahələrinin 45 faizdən çoxu bərpa olunub

Samir Soltanov/AZADİNFORM. Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri marşrutunda torpaqların 45 faizdən çoxu əvvəlki vəziyyətinə gətirilib. 

Azadinform xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP boru kəməri Yunanıstan, Albaniya və İtaliyada 20 mindən çox torpaq sahəsindən keçir. Bu ərazilər 45 min torpaq sahibi və mülkiyyətçiyə məxsusdur. TAP marşrutunun keçdiyi torpaq sahələrinin 45 faizdən çoxu artıq əvvəlki vəziyyətinə gətirilib, ya da daha yaxşı bərpa olunub. Bu o deməkdir ki, insanlar daha sonra bu torpaq sahələrində fəaliyyətlərini davam etdirə bilərlər.

16.12.2017 11:00 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo