Neft-qaz quyularının sayı azalıb

Samir Soltanov/AZADİNFORM. ABŞ-dakı aktiv neft-qaz quyularının sayı azalıb. 

Azadinform xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-da aktiv neft quyularının sayı 4 ədəd azalaraq 747 ədəd olub. Beləliklə də, ölkədəki aktiv neft quyularının sayı ard-arda 3 həftə artdıqdan sonra yenidən azalma göstərib. ABŞ-dakı aktiv qaz quyularının sayı isə 3 ədəd artaraq 183 ədəd olub. Bu da o deməkdir ki, ABŞ-dakı aktiv neft-qaz quyularının sayı ötən həftə 1 ədəd azalaraq ümumilikdə 930 ədəd təşkil edib. 

Hesabat dövründə ABŞ-da aktiv neft-qaz quyularının sayı ötən ilə nisbətən 293 ədəd artıb. 
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

16.12.2017 11:08 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo