Tarlalardan 889,4 min ton kartof yığılıb

Samir Soltanov/AZADİNFORM. 2017-ci il dekabr ayının 1-nə kimi tarlalardan 889,4 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz çox kartof, 1370,5 min ton (10,9 faiz çox) tərəvəz yığılıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, bu dövr ərzində, həmçinin 437,5 min ton (5,8 faiz az) bostan məhsulları, 923,7 min ton (5,4 faiz çox) meyvə və giləmeyvə, 145,8 min ton (8,4 faiz çox) üzüm, 772,2 ton (22,9 faiz az) yaşıl çay yarpağı, 408,2 min ton (44,0 faiz çox) şəkər çuğunduru, 194,5 min ton (2,5 dəfə çox) pambıq, 30,0 min ton (75,2 faiz çox) dən üçün günəbaxan, 5,1 min ton isə (41,1 faiz çox) tütün yığılıb.

16.12.2017 10:46 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo