Qəzza zolağında baş verən toqquşmalarda 2 fələstinli ölüb, 263-ü xəsarət alıb

Bu gün Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail ordusu ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb, 263-ü nəfər xəsarət alıb.

Azadinform-un xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildirib.

“Bu gün iğtişaşlarda iki fələstinli ölüb”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 263 fələstinli yaralanıb, onlardan 13-ü güllə yarası alıb.

15.12.2017 22:32 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo