"Qarabağ" Azərbaycan Kubokunda mübarizəni dayandırdı

Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

Azadinform-un məlumatına görə, 1/4 final mərhələsini "Keşlə" və "Neftçi"dən başqa "Qəbələ" və "Sumqayıt" da dəf edib.

"Qəbələ" evdə 1:0 hesabı ilə yendiyi "Səbail" üzərində səfərdə inamlı qələbə qazanıb - 4:2. "Sumqayıt" isə sensasiyaya imza ataraq, "Qarabağ"ı mübarizədən kənarlaşdırıb. "Gənclik şəhəri" təmsilçisi buna 1/4 final mərhələsinin cavab görüşündə baş məşqçi Samir Abasov və əsas qapıçı Fərhad Vəliyevin yoxluğunda nail olub. Abasov hazırda İspaniya "Atletiko"sunun düşərgəsində olduğundan, Vəliyev isə 1:2 hesabı ilə uduzduqları ilk görüşdə qırmızı vərəqə aldığından, oyunda iştirak etməyib.

Cavab görüşünün taleyini isə 2 qol həll edib. 22-ci dəqiqədə "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçakın səhvindən yararlanan Kamal Mirzəyev yaxın məsafədən dəqiq zərbə endirib. 90-cı dəqiqədə isə Amil Yunanov qapıçı ilə təkbətəkdən fərqlənib.

Beləliklə, "Sumqayıt" iki oyunun yekununda 3:2 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Növbəti mərhələdə bu komandanın rəqibi "Keşlə" olacaq. Digər yarımfinal matçında isə "Qəbələ" ilə "Neftçi" komandaları üz-üzə gələcək. Oyunlar 2018-ci il aprelin 11-də və 18-də keçiriləcək.

15.12.2017 22:05 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo