Rusiya və Misir arasında aviareyslər bərpa edilir

Rusiya və Misir arasında uçuşların bərpası məqsədilə sənədlər imzalanıb.

Azadinform-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, söhbət Moskva ilə Qahirə arasında mütəmadi reyslərin bərpasından gedir.

Misirin mülki aviasiya naziri Şərif Fəthinin dediyinə görə, uçuşlara fevralın 1-dən start veriləcək: "Bəyan edirik ki, fevralın 1-dən Moskva ilə Qahirə arasında hava əlaqəsi artıq açıqdır".

Nazir deyib ki, gələn ilin aprelində tərəflər çarter uçuşların bərpasını müzakirə edəcəklər. 

15.12.2017 21:36 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo