Gürcüstanda hotelin həyətində qaldırıcı kran aşıb

Tbilisinin tarixi mərkəzində, “5 ulduzlu” “Sheraton Metechi Palace” mehmanxanasının həyətində təmir-tikinti işləri zamanı qaldırıcı kranın aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Azadinform "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Tbilisi merinin Mətbuat xidməti məlumat yayıb.

“Sheraton Metechi Palace” mehmanxanasında təmir işləri 2014-cü ildən başlayıb. Bu, beynəlxalq otellər şəbəkəsinə daxildir. “Sheraton”un əsası 1937-ci ildə qoyulub. 1991-ci ildə “Sheraton Metechi Palace” Gürcüstanda ilk “5 ulduzlu” otel olaraq açılıb. 

15.12.2017 21:09 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo