Azərbaycandan Braziliyaya ilk çarter yük reysi həyata keçirilib

Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” Bakıdan San Pauluya (Braziliya) ilk birbaşa aviareys yerinə yetirib.

“Silk Way Airlines” aviaşirkətinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan Virakopus Beynəlxalq Aeroportuna müasir “Boeing 747-8F” layneri ilə 15 saatlıq uçuş aviaşirkətin bütün tarixi ərzində ən uzunmüddətli uçuş olub.

36 ton həcmində yük Çindən Braziliyadakı avtomobil istehsalçısı olan şirkət üçün göndərilib.

“Silk Way West Airlines” Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən istismarçı sertifikatını alaraq 2012-ci il iyunun 19-da fəaliyyətə başlayıb. Hazırda aviaşirkətin hava gəmiləri parkına “Voeing 747-8F” və “Voeing 747-400F” təyyarələri daxildir.

"Silk Way West Airlines" aviaşirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanından qitələri birləşdirən tranzit hab kimi istifadə edərək dünyanın müxtəlif regionlarına - Asiya, Avropa, Yaxın Şərq və Şimali Amerikaya müntəzəm uçuşlar yerinə yetirir.

15.12.2017 20:37 / Baxılıb: 113 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo