Özünübərpa edən şüşə yaradılıb

Tokio Universitetinin alimləri sındırıldıqdan sonra yenidən möhkəmlənə bilən şüşə yaradıblar.

Azadinform “Life” resursuna istinadən yazır ki, alimlər əsas kimi sintetik polimerdən (polikarbonat) istifadə ediblər. Onlardan yaradılan bərk şüşə əvvəlcə iki hissəyə bölünərək sonradan birləşdirilib. Bunun üçün yarıya bölünən şüşə hissələrinin otaqda adi temperaturda birləşməsinə 2 dəqiqə lazım olub. Strukturun tam möhkəmlənməsi və ağırlıqlara dözməsi üçün 1-6 saat gözləmək tələb olunur.

Alimlərin fikrincə, şüşənin özünübərpası bölünmüş polimer molekullarının əvvəlki vəziyyətə qayıtmaq istədiyi hidrogen birləşmələrinin effekti sayəsində baş verir.

Tokio Universitetinin professoru Yusuke Yanaqisavanın sözlərinə görə, belə xüsusiyyətlərə malik şüşələr ekologiya üçün daha zərərsizdir.

15.12.2017 20:26 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
    15.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo