Rusiya Bankı uçot dərəcəsini proqnozdan çox azaldıb

Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 7,75%-ə endirib.

Azadinform "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Bankın press-relizində məlumat verilir.

Xatırladaq ki, Rusiya Bankı bu il 6-cı dəfədir ki, faizləri azaldır. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozundan fərqlənib. Analitiklər Rusiya Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırırdılar.

Azadinform xəbər verir ki, bu qərar rublun məzənnəsini 0,43% azaldıb və məzənnə 59 RUB/USD səviyyəsini ötüb.

15.12.2017 20:11 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
    15.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo